Bu yaşda ət yemək ömrü uzadır
10 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
767
11.09.2021, 19:54
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.
Oxu24.com agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə oturaq həyat tərzi keçirənlərin, xüsusilə ofis şəraitində çalışan şəxslərin qidalanması haqqındadır:
Fiziki aktivlik və düzgün qidalanma sağlam həyat tərzinin vacib şərtlərindəndir. Hərəkətsiz həyat tərzi və fiziki aktivliyin az olması ilə yanaşı, qeyri-sağlam qidalanma bir çox xəstəliklərin yaranması üçün risk faktorudur. Fiziki cəhətdən fəal həyat tərzi sürməyən şəxslər qida rasionuna xüsusilə diqqət yetirməlidirlər. Qidalanmanın balanslı təşkili çox vacibdir. Belə ki, az yağlı, zülal və tam taxıllı məhsullarla zəngin qida rasionu gündəlik zəruri enerji miqdarının alınması üçün kifayətdir.
Oturaq həyat tərzi keçirən, xüsusilə ofis şəraitində işləyən insanların qida rasionunda meyvə və tərəvəzlər olduqca vacibdir. Bu qidalar həm yüksək miqdarda vitamin və mineral ehtiva edir, həm də az kalorilidir. Həmçinin əksər meyvə və tərəvəzlər toxluq hissi verən liflərlə zəngindir. Qeyd edək ki, meyvə-tərəvəzin 150-300 qramı bir porsiya hesab olunur. Yetkin bir şəxsin gün ərzində 2-4 porsiya meyvə, 3-5 porsiya tərəvəz istehlakı tövsiyə edilir.
Orqanizmin ehtiyac duyduğu proteini isə toyuq, hinduşka əti, dəniz məhsulları və yağsız mal ətindən əldə etmək mümkündür. Qril və buğlama ət məhsullarını bişirməyin ən sağlam üsuludur. Qeyd edək ki, dəniz məhsulları proteinlə yanaşı, əsas yağ turşularını da ehtiva edir. Bu da qandakı yüksək sıxlıqlı lipoproteinləri artıraraq xolesterol səviyyəsini azaltmağa kömək edir. Həmçinin karbohidratlara nisbətən zülallar sayəsində orqanizmdə uzun müddət toxluq hissi yaranır.
Qida rasionuna həzmi yaxşılaşdıran yağsız və ya az yağlı qatıq, eləcə də digər süd məhsulları əlavə etmək də lazımi vitamin və mineralları almaq üçün düzgün seçimdir. Gündəlik 2-3 porsiya süd və süd məhsullarının istehlakı olduqca faydalıdır. Qida rasionunda süd və ya qatığın payı 230-250 qram, pendir 50-60 qram və s. təşkil etməlidir.
Qidalanmada karbohidrat və şəkər qəbulunu isə azaltmaq məsləhətdir. Xüsusilə də ağ undan hazırlanmış çörək, makaron, düyü, tort, peçenye və s. kimi məhsulların istehlakından çəkinmək lazımdır. Qeyd edək ki, gündəlik qida rasionunda taxıl məhsullarının payı fərdin yaşı, iş şəraiti və enerji ehtiyacına müvafiq olaraq dəyişir.
Su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) normal halda 60 kq çəkiyə malik yetkinlər üçün gündə 2 l, 10 kq çəkiyə malik uşaqlar üçün isə 1 l su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə 0.3 l/gün və 1.1 l/gün su istehlak etməlidirlər.
Gündəlik ümumi enerji tələbatı oturaq həyat tərzi sürən qadınlar üçün 2100 kkal, kişilər üçün isə 2500 kkal-dır.
23:28 / 10 Noyabr 2026
191
23:27 / 10 Noyabr 2026
1
23:17 / 10 Noyabr 2026
229
23:15 / 10 Noyabr 2026
153
23:00 / 10 Noyabr 2026
74
22:58 / 10 Noyabr 2026
83
22:55 / 10 Noyabr 2026
86
22:35 / 10 Noyabr 2026
88
22:30 / 10 Noyabr 2026
239
22:27 / 10 Noyabr 2026
78
22:19 / 10 Noyabr 2026
92
22:04 / 10 Noyabr 2026
161
21:55 / 10 Noyabr 2026
525
21:51 / 10 Noyabr 2026
92
21:49 / 10 Noyabr 2026
208
21:46 / 10 Noyabr 2026
214
21:44 / 10 Noyabr 2026
101
21:40 / 10 Noyabr 2026
97
21:33 / 10 Noyabr 2026
18717
21:19 / 10 Noyabr 2026
114
21:12 / 10 Noyabr 2026
134
21:10 / 10 Noyabr 2026
503
20:56 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.