İntensiv yağışla bağlı XƏBƏRDARLIQ
10 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
823
10.09.2021, 20:13
Bu bitki "bəşəriyyətin gələcək xilaskarı" adlandırılıb. NASA tərəfindən isə 2013-cü il dünya "kinoa ili" elan olunub. Cənubi Amerikada bitən, daun sindromu, xərçəng kimi xəstəliklərə qarşı çox faydalı hesab olunan bitki-kinoa artıq ölkəmizdə də yetişdirilir. Onun həm də yüksək arıqladıcı xüsusiyyəti var
Oxu24.com Xəzər TV-yə istinadən bildirir ki, qanda şəkərin səviyyəsini aşağı salır, ürək-damar sisteminə də sonsuz faydaları var. Söhbət Cənubi Amerikada bitən "kinoa" dan gedir. Artıq onu ölkəmizdə də tapmaq mümkündür. Toxumu Türkiyədən gətirilən bitki bu il respublikamızda da 4 hektar ərazidə əkilib. Mütəxəssis Sevil Abbasquliyeva deyir ki, 18%-ə qədər protein, amin turşuları və minerallar ilə zəngin olan kinoa həm də yüksək arıqladıcı xüsusiyyətə malikdir.
Kosmonavtların qidasının əsasını təşkil edən bu bitkinin müxtəlif növlərindən Fransa, Almaniya, Portuqaliya, Çexslovakiya, Cənubi Amerika, xüsusilə, Türkiyədə çox geniş istifadə olunur.
Əkinçilik elmi tədqiqat institunun direktoru Faiq Xudayev bildirdi ki, yüksək qida dəyəri olan, həmçinin, asan həzm olunan kinoa çörəyi qısa zamanda ölkəmizdə də hazırlanacaq.
Hazırda bitkinin 3-ağ, qara və qəhvəyi növləri Saatlı, Tərtər, Beyləqan rayonlarında və Abşeronda əkilib. Bu növlər qurudulduqdan sonra qabığı soyulur və ondan istifadə olunur. Faiq Xudiyev bildirdi ki, gələcəkdə bitkinin yeni sortları yaradılacaq ki, həm dağlıq və dağatəyi, həm də aran bölgələrindən olan fermerlər rahatlıqla yararlana bilsinlər. Qeyd edək ki, sözügedən bitkinin özü ilə yanaşı, kökü də faydalıdır. Ondan heyvandarlıqda yem kimi istifadə olunur.
23:53 / 10 Noyabr 2026
1
23:47 / 10 Noyabr 2026
1105
23:43 / 10 Noyabr 2026
42
23:39 / 10 Noyabr 2026
48
23:28 / 10 Noyabr 2026
248
23:27 / 10 Noyabr 2026
157
23:17 / 10 Noyabr 2026
476
23:15 / 10 Noyabr 2026
160
23:00 / 10 Noyabr 2026
85
22:58 / 10 Noyabr 2026
102
22:55 / 10 Noyabr 2026
101
22:35 / 10 Noyabr 2026
100
22:30 / 10 Noyabr 2026
271
22:27 / 10 Noyabr 2026
84
22:19 / 10 Noyabr 2026
103
22:04 / 10 Noyabr 2026
174
21:55 / 10 Noyabr 2026
570
21:51 / 10 Noyabr 2026
96
21:49 / 10 Noyabr 2026
222
21:46 / 10 Noyabr 2026
229
21:44 / 10 Noyabr 2026
106
21:40 / 10 Noyabr 2026
108
21:33 / 10 Noyabr 2026
18733
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.