Qaynar xətt:

(+99450) 247 90 86

"Hacıbala Abutalıbov çox vaxt sərəncam imzalayırdı, sonradan isə onu ləğv edirdi"

\\\"Hacıbala Abutalıbov çox vaxt sərəncam imzalayırdı, sonradan isə onu ləğv edirdi\\\"

CƏMİYYƏT

1064

10.09.2021, 02:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

OXU24.COM virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə keçmiş Aparat rəhbəri dövlət ittihamçısının   suallarını cavabıandırıb. Bildirib ki, onun həbsinə səbəb olan  ərazidə aparəlan tikinti və söküntü işləri bağlı sərəncam Bakı şəhər İcra Hakimiyyətinin Baş Memamrlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanıb:"Sərəncamı hazırlayanlar tikinti üzrə mütəxəssislər idi. Onların hazırladıqları rəylərə inanmışam".

R.Quliyev deyib ki, 2017 ci ildə müavin səlahiyyətlərini icra etmək üçün həvalə olunan sənəddə qeyd edilib ki, Bakı şəhətər icra başçısı sərəncama nəzarəti özündə saxlayıb:"Mənim ciddi manevrlər etmək imkanım yox idi. Mövcud vəziyyətə uyğun hərəkət etmişəm.Yeddi ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu müddət ərzində haqqımda qanunauyğun olaraq Hacıbala Abutalıbov Prezident Adminstrasiyasına təqdimat verə bilərdi. Bunu təqdimat şəklində rəsmiləşdirə bilərdi. Sual olunur ki, bu niyə edilməyib?"