Qaynar xətt:

(+99450) 247 90 86

Təhsil naziri yeni əmr imzaladı

Təhsil naziri yeni əmr imzaladı

CƏMİYYƏT

670

09.09.2021, 19:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq olunub.

Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3 , ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.

Qeyd olunub ki, ibtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 15 sentyabr – 26 yanvar;

ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).