Qaynar xətt:

(+99450) 247 90 86

Bu halda tövbə qəbul olunmaz

Bu halda tövbə qəbul olunmaz

CƏMİYYƏT

1027

07.09.2021, 22:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsan ixtiyar sahibi olduğu üçün iman da gətirə bilər, kafir də ola bilər. Əgər küfrünü başa düşərsə, tövbə edib paklana da bilər. Ancaq bəzi hallar vardır ki, Allah o insanların tövbəsini qəbul etməz.

"Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır). Onlardır doğru yoldan azanlar". ("Ali-İmran" 90).

Baxmayaraq ki, tövbə qapısı hamının üzünə açıqdır, ancaq Allah bu ayədə buyurur ki, o kəslər ki, iman gətirib sonra kafir olublar və bu küfrlərində təkid ediblər - onların tövbəsi qəbul olunmaz.

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Yalnız davamlı imanın dəyəri var. Yəni o iman dəyərlidir ki, insanın ömrünün sonuna qədər davam edər.

2. İnsan ixtiyar sahibidir. Kafir də ola bilər, mömin də.

3. Kamal da, azğınlıq da təkamül və tənəzzül edə bilir.  Yəni, hər bir kamal və ya yolunu azmaq həm inkişaf edə bilər, həm də azala bilər.

4. Allah Təala ümumilikdə tövbələri qəbul edəndir. Ancaq bu dəstə həmin şanslarını özləri əldən veriblər.

5. Küfr - tövbənin maneəsidir. Küfrü davam etdirmək tövbə qapılarını bağlayar.