Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir
10 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1188
07.09.2021, 19:19
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə, Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının Gənclər və İdman naziri təyin edilib.
Oxu24.com Fərid Qayıbovun dosyesini təqdim edir:
Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.
1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini qazanıb.
2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib.
2001-2003-cü illərdə ARDNŞ-nin "Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.
2005-сi ildən 2006-cı ilə kimi Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş meneceri vəzifəsində çalışıb.
2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilmişdir.
2013-cü ildə Portoroj şəhərində (6-7 dekabr, Sloveniya) keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilib. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina edib.
2014-2015-ci illərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində İcraçı Direktor vəzifəsini daşımışdır.Həmin illərdə I Avropa Oyunları (Bakı-2015) çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərib.
Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olub(təyinata əsasən). 2017-ci il 1-2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa verib. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.
Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
Bu gündən isə Azərbaycanın Gənclər və İdman naziri vəzifəsində çalışacaq.
23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.