Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblərdə idman zalları və bufetlərin açılması ilə bağlı AÇIQLAMA

Məktəblərdə idman zalları və bufetlərin açılması ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

590

07.09.2021, 19:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəblərdə bufet və idman zalları açıq olmasıyla bağlı qərarlar veriləcək. 
 

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
 
Nazir Emin Əmrullayev deyir ki, növbəli şəkildə məktəblərdə bufet və idman zallarının açılması gözlənilir: "İlk növbədə bölgələrdə, daha sonra isə şagirdlərin sayı az olan məktəblərdə idman zallarının və bufetlərin fəaliyyəti nəzərdə tutulur. Amma unutmaq olmaz ki, hər yeni açılım yoluxmaların sayının artması deməkdir".
 
Nazirlikdən bildirilib ki, sözügedən məsələlərlə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.