Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə bir ailənin iki üzvü...

Gəncədə bir ailənin iki üzvü...

CƏMİYYƏT

983

04.09.2021, 20:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaşayış yerini tərk edən bir ailənin iki üzvü məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri Faiq Qocayevin və onun həyat yoldaşı Sadəgül Qocayevanın ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxsin yerləri müəyyən edilərək yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.