Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 4 xəstəxana karantinə bağlandı

Azərbaycanda 4 xəstəxana karantinə bağlandı

CƏMİYYƏT

602

04.09.2021, 18:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Azərbaycanda dörd mərkəzi rayon xəstəxanası koronavirusla (COVID-19) mübarizə məqsədi ilə bağlanıb. 

OXU24.COM xəbər verir ki, hər dörd tibb mərkəzi COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Karantinə bağlanan xəstəxanalar bunlardır:

Masall rayon Mərkəzi Xəstəxanası

Cəlilabad rayon Mərkəzi Xəstəxanası

İmişli rayon Mərkəzi Xəstəxanası

Sabirabad rayon Mərkəzi Xəstəxanası

Artıq xəstəxanalarda bütün şöbələr COVID-19-la mübarizəyə quşulub. Xəstəxalara cənub və aran bölgəsində COVID-19-a yoluxan vətəndaşlar müalicə üçün gətirilir. 

Hər dörd xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub.