Qaynar xətt:

(+99450) 247 90 86

Xaricdə vaksin vurduranlarla bağlı ŞAD XƏBƏR

Xaricdə vaksin vurduranlarla bağlı ŞAD XƏBƏR

CƏMİYYƏT

1108

02.09.2021, 21:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xarici ölkələrdə vaksin vurdurmuş Azərbaycan vətəndaşları və turistlərin COVİD-19 pasportu   ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarına giriş zamanı keçərlidir, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın  qərarında bildirilir. 
 

"Bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər. Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır".
 
Operativ Qərargahın press relizinə görə,  Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib. Odur ki, onların xarici ölkədə verilmiş COVİD pasportu da keçərlidir.