Qaynar xətt:

(+99450) 247 90 86

Ana 13 yaşlı qızının açıq-saçıq fotolarını yaydı: Qızımı indidən model kimi tanıtdırmaq istədim...

Ana 13 yaşlı qızının açıq-saçıq fotolarını yaydı: Qızımı indidən model kimi tanıtdırmaq istədim...

CƏMİYYƏT

1027

01.09.2021, 12:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Krasnoyarskda məktəbli qızın açıq-saçıq fotoşəkillərinin yayılması ilə bağlı əhvalat böyük qalmaqala səbəb olub. Hətta məsələ şəxsən Rusiya İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastryıkinin nəzarəti altındadır.

OXU24.COM kp.ru-ya istinadən xəbər verir ki, o ərazi istintaq orqanlarının rəhbərlərinə azyaşlı ilə bağlı hadisəni araşdırmağı tapşırıb. Xatırladaq ki, rayon mərkəzinin sakini fərdi sahibkar kimi qeydiyyatdan keçdikdən sonra 13 yaşlı qızını videoya çəkib, onu sosial şəbəkələrdə yerləşdirib. Bildirib ki, qızını model olaraq hazırlayır, indidən onu böyük moda dünyasına tanıdır. Ancaq qadını erotik və pornoqrafik məzmunlu şəkillər yaymaqda ittiham ediblər.

Faktla bağlı cinayət işi açılıb, istintaq çərçivəsində məhkəmə ekspertizası təyin edilib. Maraqlıdır ki, qadın icazə verilən xətti keçmədiyini sübut edə bilib. Bəlkə də belədir, amma daha yaxından araşdırıldıqda məktəbli qızın şəkillərinin intim xarakteri daşıdığını görmək mümkündür.