Qaynar xətt:

(+99450) 247 90 86

Azad olunan ərazilərdə daha 108 mina aşkarlandı

Azad olunan ərazilərdə daha 108 mina aşkarlandı

CƏMİYYƏT

919

30.08.2021, 20:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

OXU24.COM-a verilən məlumata görə, avqustun 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 77, tank əleyhinə 31 mina və 107 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 179 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.