Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
913
29.08.2021, 21:24
Yay aylarında insanlar arasında çox yayılan problemlərdən biri də yanıqlar və günəşdən yaranan ləkələrdir. Günəşdən düşən bu ləkələr insanların bir çoxlarında kompleks yaradır. Günəş şüasından yaranan ləkələrdən və yanıqlardan necə qorunmaq olar?
OXU24.COM bildirir ki, mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablayan həkim-kosmetoloq İlahə Sadıqova deyib ki, ləkələrin yaranmaması, eləcə də mövcud olan ləkələrin daha da yayılmaması və dərinləşməməsi üçün yayda daha diqqətli olmaq lazımdır. Günəş şüalarının təsiri nəticəsində dəridə yaranan piqment ləkələri ən çox xanımları narahat edən problemdir. Ləkələr düzgün müayinə olunmalı və müalicə üsulları da buna uyğun seçilməlidir. Vəziyyətdən asılı olaraq krem və ya iynə müalicələri təyin olunur.
İ.Sadıqova bildirib ki, günəş şüalarından qorunmağın ən yaxşı yolu qoruyucu kremlərdir. SPF, suyadavamlı, geniş spektrumlu günəşdən qoruyucu kremlərdən və ya spreylərdən istifadə etmək lazımdır. Bu kremlər evdən çıxmazdan 20 dəqiqə əvvəl çəkilməlidir. Günəş şüalarının 90 faizi buludlardan keçir. Ona görə də buludlu havalarda da günəş kremindən istifadə etmək məsləhətdir. Həftədə 2-3 dəfə 10-15 dəqiqə sadəcə əlinizin üstünə belə günəş şüası düşsə, lazımi D vitaminini qəbul etmiş olursunuz. Ona görə günəş şüasının altında çox qalmaq məsləhət deyil. Vaxtı keçmiş və ötən ildən qalan kremlərdən istifadə etmək dəri üçün zərərlidir. Günəş kremlərinin ömrü cəmi bir ildir və vaxtı keçdikdən sonra onun təsiri itir. Çox tərləyirsinizsə, suya dözümlü kremlərdən istifadə etmək məsləhətdir. Əgər üzdə artıq ləkə yaranıbsa, bu problemlə müasir kosmetoloji proseduralar vasitəsilə, o cümlədən plazmaliftinq, mezoterapiya, biorevitalizasiya və s. üsullarla mübarizə aparılmalıdır.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.