Qaynar xətt:

(+99450) 247 90 86

Kəlbəcərdən daha bir bəd xəbər gəldi - SON DƏQİQƏ

Kəlbəcərdən daha bir bəd xəbər gəldi - SON DƏQİQƏ

CƏMİYYƏT

1033

29.08.2021, 20:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlbəcərdən daha bir bəd xəbər gəldi...

OXU24.COM " Report"un Qərb Mərkəzinə istinadən xəbər verir ki, Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.

Daşkəsən rayon Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Şükür Əşrəf oğlu Tağıyev Daşkəsəndən Kəlbəcər ərazinə keçən atını gedib gətirmək istəyən zaman minaya düşüb.

O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onun ayağı topuqdan aşağı kəsilib.

Faktla bağlı araşdırmalara başlanılıb.