Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Tovuz istiqamətində düşmən...

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Tovuz istiqamətində düşmən...

CƏMİYYƏT

3584

27.08.2021, 10:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən Oxu24.com-a bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Oxu24.com