Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda güclü meşə yanğını başladı

SON DƏQİQƏ! Azərbaycanda güclü meşə yanğını başladı

CƏMİYYƏT

1887

26.08.2021, 12:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyində (FHN) Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Oxu24.com- un xəbərinə görə, məlumatda deyilir:

"112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək".