Qaynar xətt:

(+99450) 247 90 86

Yol polisləri sirkə içən uşağı ÖLÜMDƏN QURTARDILAR - VİDEO

Yol polisləri sirkə içən uşağı ÖLÜMDƏN QURTARDILAR - VİDEO

CƏMİYYƏT

4778

08.05.2021, 21:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan uşağın xəstəxanaya çatdırılmasına köməklik göstəriblər.

Oxu24.com xəbər verir ki, ağır vəziyyətdə olan uşğını xəstəxanaya aparan valideyn, avtomobilin nasazlığı səbəbindən yolda qalıb.

Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının (Saray postunun) əməkdaşları çarəsiz vəziyyətdə qalan sürücünün köməyinə gəliblər. Onlar sirkə içən uşağın ağır vəziyyətdə olduğunu görüb patrul avtomobilinə mindirərək təcili şəkildə xəstəxanaya aparıblar.

Yolda tıxac olmasına baxmayaraq polis əməkdaşları səsgücləndirici vasitə ilə yolu boşaldıb və uşağı vaxtında xəstəxanaya çatdırıblar. Polis əməkdaşı uşağın yanındakı valideynlərin özünü itirdiyini görərək uşağı qucağına alıb və birbaşa palataya yerləşdirib.

"Avtosfer"ə müraciət edən azyaşlının atası Ceyhun Hüseynov, uşağının həyatda qalmasına səbəb olan polis baş leytenantı Qasımov Yaşar Xanoğlan oğluna və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib.