Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə evli cütlüklər ayrı yataqlarda yatır - İNANILMAZ SƏBƏB

Bu ölkədə evli cütlüklər ayrı yataqlarda yatır - İNANILMAZ SƏBƏB

CƏMİYYƏT

5017

08.05.2021, 00:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyada insanların yuxu forması və yatdığı yerlər mədəniyyətlərinə görə dəyişir. Yaponiyada da evli cütlüklərin yuxu forması fərqlidir.

OXU24.COM.-a istinadən Metbuat.az xəbər verir ki, Yaponiyada cütlüklər əsasən ayrı-ayrı otaqlarda yatmağa üstünlük verirlər. Araşdırmalara görə, səhərlər yuxudan fərqli vaxtlarda ayılanlar, səhər fərqli vaxtda işə gedənlər, işdən fərqli vaxtlarda qayıdanlar və gecə fərqli saatlarda yatan cütlüklər ayrı otaqlarda gecələməyə üstünlük verirlər.
Evli şəxslər hesab edir ki, bu onların daha rahat yuxu almasına səbəb olacaq. Onlar bir-birilərini narahat etməmək üçün bu üsulu seçiblər. Bəzi ailə başçıları isə uşaqların anaları ilə yatmasına üstünlük verdikləri üçün özləri başqa otaqda gecələyirlər. Yaponlar hesab edir ki, uşaqların anaları ilə yatması onların zehni cəhətdən daha yaxşı inkişaf etməsinə səbəb olur.