Bu sahəyə 9 milyon manat ayrıla bilər
12 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4063
07.05.2021, 20:08
"Çox ağıllı, tərbiyəli uşaq idi. Sinfin ən yaxşı uşağı elə Şəfaət sayılırdı. Onun bu hərəkəti bizi elə sarsıtdı ki... Söz tapmıram. Daha başqalarından nə gözləyək?"
Oxu24.com xəbər verir ki, bu gün intihar xəbəri yayılan Şəfaət Məmmədovun müəllimi, Ağdam rayon Orta Qərvənd kənd məktəbinin direktoru Həqiqət Əliyeva lent.az-a açıqlamasında deyir bu sözləri.
Təxminən bir ay öncə aprelin 15-16 da keçirilən buraxılış imtahanlarında iştirak edən 17 yaşlı abituriyent Şəfaət Məmmədov ötən gecə naməlum səbəblərdən özünü tövlədə asıb. Hər kəs onun bu addımı atmasına səbəb kimi imtahanda az bal toplamasını görür.
"63 bal toplayıb. Çox az idi bu onun üçün. Çox savadlı uşaq olub. Axırıncı dəfə onu imtahandan sonra gördüm. Mənə dedi ki, "Müəllim, imtahanı yaxşı vermişəm. Yüksək bal toplayacam".
Şəfaətin ailədə heç bir basqı görmədiyini deyir Həqiqət müəllimə.
"Ailədə iki uşaq idilər. Bacısı Bakı Slavyan Universitetinin tələbəsidir. O qədər tərbiyəli ailədir ki, heç vaxt ona basqı olmayıb. Düşünmürəm ki, imtahanda az bal topladığına görə də ona hər hansı şiddət etsinlər. Öz gözləntisi yüksək idi. Yəqin ki, öz qarşısında xəcalət hissi keçirib o".
Qeyd edək ki, 17 yaşlı Şəfaət Məmmədov ötən gün axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü asıb.
11:36 / 12 Noyabr 2026
26
11:35 / 12 Noyabr 2026
37
11:34 / 12 Noyabr 2026
33
11:31 / 12 Noyabr 2026
47
11:24 / 12 Noyabr 2026
159
11:21 / 12 Noyabr 2026
45
11:19 / 12 Noyabr 2026
57
11:05 / 12 Noyabr 2026
58
11:00 / 12 Noyabr 2026
77
10:45 / 12 Noyabr 2026
96
10:39 / 12 Noyabr 2026
98
10:36 / 12 Noyabr 2026
87
10:27 / 12 Noyabr 2026
246
10:20 / 12 Noyabr 2026
93
10:18 / 12 Noyabr 2026
86
10:05 / 12 Noyabr 2026
209
09:51 / 12 Noyabr 2026
97
09:48 / 12 Noyabr 2026
97
09:42 / 12 Noyabr 2026
264
09:36 / 12 Noyabr 2026
107
09:22 / 12 Noyabr 2026
757
08:13 / 12 Noyabr 2026
237
08:05 / 12 Noyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.