Bu sahəyə 9 milyon manat ayrıla bilər
12 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2425
07.05.2021, 19:30
Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Dövltə Təhlükəsizlik Xidmətdindən verilən məlumata görə, Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.
Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.
Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildirib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
11:36 / 12 Noyabr 2026
26
11:35 / 12 Noyabr 2026
37
11:34 / 12 Noyabr 2026
33
11:31 / 12 Noyabr 2026
47
11:24 / 12 Noyabr 2026
159
11:21 / 12 Noyabr 2026
45
11:19 / 12 Noyabr 2026
57
11:05 / 12 Noyabr 2026
58
11:00 / 12 Noyabr 2026
77
10:45 / 12 Noyabr 2026
96
10:39 / 12 Noyabr 2026
98
10:36 / 12 Noyabr 2026
87
10:27 / 12 Noyabr 2026
246
10:20 / 12 Noyabr 2026
93
10:18 / 12 Noyabr 2026
86
10:05 / 12 Noyabr 2026
209
09:51 / 12 Noyabr 2026
97
09:48 / 12 Noyabr 2026
97
09:42 / 12 Noyabr 2026
264
09:36 / 12 Noyabr 2026
107
09:22 / 12 Noyabr 2026
757
08:13 / 12 Noyabr 2026
237
08:05 / 12 Noyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.