Qaz olmayacaq
09 İyul 2025, 13:32
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
3280
04.05.2021, 17:27
"Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb. Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur".
Oxu24.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına cavabında bildirilib.
Qeyd olunub ki, Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir: "Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır.
Həmçinin oxuyun
Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərazində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir; onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir.
Ermənistana gəldikdə isə, bu ölkənin Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 8 mədəniyyət və istirahət parkı, habelə Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.
Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur. Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır, odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı".
13:32 / 09 İyul 2025
Qaz olmayacaq
1
13:16 / 09 İyul 2025
Bu tarixdə dəhşətli müharibə başlaya bilər - Moskva açıqladı
127
13:11 / 09 İyul 2025
DİN xəbərdarlıq edib
7
13:05 / 09 İyul 2025
Rusiyadan Ukrayna açıqlaması
13
12:57 / 09 İyul 2025
Azərbaycanda ən çox bu rayonda yaçayanlar boşanır - SİYAHI
15
12:49 / 09 İyul 2025
Pensiya alanlara ŞAD XƏBƏR
401
12:23 / 09 İyul 2025
Hava ilə bağlı açıqlama
19
12:22 / 09 İyul 2025
Paşinyan BƏƏ-yə işgüzar səfərə gedir
20
11:40 / 09 İyul 2025
Məmməd Alpayın həbs müddəti uzadılıb
22
11:32 / 09 İyul 2025
İpoteka və Kredit Zəmanət Fondu zəmanət verdiyi borcların məbləğini açıqlayıb
26
11:18 / 09 İyul 2025
Ağstafada bir ailənin 5 üzvü 1 ildə eyni tarixdə öldülər – Müəmmalı hadisənin TƏFƏRRÜATLARI
287
11:11 / 09 İyul 2025
Rus "İskəndər"ləri Patriot Hava Hücumundan Müdafiə Sistemlərini məhv edir
27
11:10 / 09 İyul 2025
CNN: Tramp Moskva və Pekini bombalamaqla hədələyib
24
10:55 / 09 İyul 2025
HƏMAS Trampın məktubunu alıb
24
10:49 / 09 İyul 2025
İyulun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
109
10:43 / 09 İyul 2025
Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclasının gündəliyi açıqlanıb
96
10:40 / 09 İyul 2025
İsrail və ABŞ "İran üzərində qələbə" və region üçün perspektivləri müzakirə edirlər
58
10:25 / 09 İyul 2025
Tramp Ukraynanın səmasını xilas etdi
93
10:25 / 09 İyul 2025
Polşa gücünü artırır
27
10:20 / 09 İyul 2025
Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib
92
10:18 / 09 İyul 2025
Kanaldan meyiti tapılan şəxs kimdir?
280
10:13 / 09 İyul 2025
Britaniya Ukraynadakı münaqişə planlarında dəyişiklik etdiyini açıqlayıb
25
10:10 / 09 İyul 2025
DYP çağırış etdi
34
10:10 / 09 İyul 2025
Litri 20 manatdır - Xərçəngi məhv edir
105
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.