Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1447
30.03.2021, 20:14
Fəsildən asılı olmayaraq orqanizmin müdafiə sistemi - immun sistem daim fəaliyyətdədir. Çünki hər an insan virus, bakteriya, göbələk, bir sözlə müxtəlif mikrobların hücumuna məruz qalır. Yazın gəlişi insanlara ilk istiliyi gətirməklə yanaşı, həm də immun sistemin zəifləməsi ilə xarakterizə olunur. İmmun sistemin ümumi zəifləməsinə birbaşa və ya dolayı təsir edən amillər var. Qış fəslində orqanizm yay-payiz aylarında topladığı öz təbii resursları sayəsində fəaliyyət göstərir, bu vaxtlar sürətli yayılan KRVİ və qrip viruslarına qarşı immun sistem daha çox çalışmalı olur. Həmçinin, qışın sonunda orqanizmdə yaranan vitamin və mineral defisiti immun sisteminin tükənməsinə səbəb olur. Ətraf mühitin aşağı temperaturu, virus infeksiyaları, qidanın tərkibində vitamin və mineralların gündəlik tələbata uyğun olmaması, günəş süasının azlığı orqanizmin immun müdafiəsini azaldır. Yazda çoxları bunu, virus infeksiyalarına yoluxma, xroniki xəstəliklərin şiddətlənməsi, yuxululuq, depressiya, yorğunluq kimi hiss edirlər. Məhz fəsillərlər arası dövrdə tez-tez tənəffüs və bağırsaq sistemi xəstəliklərində artım olur. Epidemioloqlar qeyd edirlər ki, havanın temperaturunun gün ərzində mənfi müsbət dərəcələr arasında kəskin dəyişməsi zamanı, bir də qar əriyən dövrdə viruslar daha sürətli yayılır.
İmmun sistem patogen mikroorqanizmlərin orqanizmə daxil olmasına imkan verməyən görünməz qoruyucu bir mane olub, onlarla mübarizə aparır. Buna görə yaz fəslində aktivləşən müxtəlif virus və bakteriyalardan qorunmaq üçün immun sistemə köməklik etmək vacibdir.
Yazda fiziki aktivliyi bərpa etmək və immun sistemi möhkəmləndirmək üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:
- Gərginlikdən və stresdən uzaq olmaq. Həm böyüklər, həm də uşaqlar gündəlik rejimə diqqət etməlidirlər: eyni vaxtda yuxudan durmaq, normal qidalanmaq, kompüterdən minimum istifadə etmək, axşam yeməyini vaxtında yemək, nomal yuxu vacibdir.
-Fiziki aktivlik. Təmiz havada gəzmək, fitneslə, üzgüçülüklə məşğul olmaq, velosiped sürmək, aerobika, rəqs və s.
-Düzgün qidalanmaq . İmmun sisteminin inkişafında və fəaliyyətində əsas rol bağırsaq mikroflorasına aiddir. Çünki immun hüceyrələrin 70% -dən çoxu həzm sistemində cəmlənmişdir. Odur ki, bağırsaq mikroflorasını qorumaq vacibdir, bədənimizin bu "kiçik sakinləri" orqanizmin böyük müdafiəçiləridir. Orqanizmə daxil olan xəstəlik törədən mikrobları zərərsizləşdirirlər. Bu məqsədlə lif tərkibli qidalara ( o cümlədən inulin, fruktoliqosaxarid tərkibli qida əlavələri), qatıq, yoqurt kimi süd məhsullarına üstünlük vermək lazımdır. Meyvə- tərəvəzlərdən daha çox istifadə olunmalı, şirniyyatın miqdarı azaldılmalıdır, qazsız, adi su içmək tövsiyə olunur. Zülalların, yağların və karbohidratların balansına nəzarət etmək və gün ərzində 3- 4 dəfə qidalanmaq lazımdır.
-İmmun sistemi qüvvətləndirmək məqsədilə isə vitamin və mineralların qəbulu zəruridir. Yaz fəslində qida məhsulları ilə günlük tələbata uyğun vitaminlərin qəbul olunmaması vitamin və mineral qəbuluna ehtiyac yaradır. Xüsusən, C vitamini və sink yazda immun sistemi möhkəmləndirməyə, virus və bakteriyalarla mübarizə etməyə kömək edəcəkdir. Buna görə də yaz fəslində tərkbində C vitamini və sink olan vasitələrin qəbulu tövsiyyə olunur.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
01:52 / 13 Noyabr 2026
133
01:49 / 13 Noyabr 2026
71
00:49 / 13 Noyabr 2026
87
00:18 / 13 Noyabr 2026
86
00:17 / 13 Noyabr 2026
105
23:53 / 12 Noyabr 2026
546
23:51 / 12 Noyabr 2026
92
23:40 / 12 Noyabr 2026
140
23:34 / 12 Noyabr 2026
95
23:24 / 12 Noyabr 2026
583
23:20 / 12 Noyabr 2026
95
23:19 / 12 Noyabr 2026
103
23:18 / 12 Noyabr 2026
103
23:12 / 12 Noyabr 2026
100
23:03 / 12 Noyabr 2026
105
23:02 / 12 Noyabr 2026
204
22:59 / 12 Noyabr 2026
99
22:55 / 12 Noyabr 2026
113
22:49 / 12 Noyabr 2026
138
22:40 / 12 Noyabr 2026
110
22:24 / 12 Noyabr 2026
177
22:21 / 12 Noyabr 2026
113
22:13 / 12 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.