Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
912
28.03.2021, 19:47
Əməkdar jurnalist, "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin Moderator.az-a Ağdamla bağlı müsahibəni təqdim edir.
- Dövlətimiz həmin rayonları, həmçinin Ağdamı yenidən quracaq...
- Əlbəttə, inanıram ki, yaxın 4-5 il ərzində Ağdam yenidən qurulacaq. Ağdam və Qarabağ uğrunda döyüşən oğlanların hər birinə orda ev arzulayıram. Çünki o torpaqlar Qarabağda doğulanlardan daha çox, o yerləri bizə qaytaranlarındı, şəhid ailələrinindi, qazilərindi. İstəyirəm ki, onlar üçün Qarabağda hər bir şərait yaradılsın. Bir də onu istəyirəm ki, Qarabağın prospektlərinin birində dağıdılmış yerlər olduğu kimi saxlanılsın. Necə ki, Kiyevdə Böyük Vətən Müharibəsində dağıdılan yerlər, toplar saxlanılıb. Məsələn, Gəncədə dağıdılan o ev qalsın. Başqaları yox, elə özümüz bunu unutmayaq. İndi vaxt, zaman keçəcək biz o yerləri əvvəlkindən də gözəl şəkildə inşa edəcəyik. Buna dövlətimizin imkanı var. Amma ən çox qorxduğum bizim yaddaş problemimizdir. Zəngilanla bağlı reportaja baxdım və ondan sonra aparıcı mənə sual verdi ki, zəngilanlılar deyir ki, işğal tarixini unutmuşuq, qayıdış gününü yadımızda saxlayırıq. Amma mən buna etirazımı bildirdim. Heç bir rayonun, kəndin belə işğal günü unudulmamalıdır. Bu daim yadda qalmalı, dərsliklərə salınmalıdır. Çünki bunu unutsaq, bizi qarşıda növbəti faciələr gözləyəcək.
1905-i, 1918-i unutduq. Qarşıdan 31 mart qırğınları gəlir və biz bunu da unutduq. 1948-ci ildəki böyük deportasiya qırğınını da unutduq. Bundan sonra isə 1988-ci il hadisəsi baş verdi. Bizim başımıza nə gəlirsə, yaddaşsızlıqdan və aşırı mərhəmətdən gəlir. Biz həddən artıq mərhəmətliyik. Özünüz də şahidi oldunuz ki, erməni uşağını qoyub gedir, amma Azərbaycan əsgəri ona çörək verir. Bu bir insanlıq halıdır, bunu təqdir edirəm. Amma bunun milyonda birin qarşı tərəfdən görmürüksə, demək ki, daim ayıq olmalıyıq. Ermənistanla Azərbaycan arasındakı qədər dünyada heç bir balans pozulmayıb. Bir tərəf həddən artıq mərhəmətli, tolerant, digər tərəf həddən artıq qaniçən, başkəsən.
- Ora qayıdaninsanların evini həm dövlət, həm də imkanı olan şəxslər öz evini özü tikəcək. Sizin öz evinizi tikməyə imkanınız var?
- Mənim dağılmış evimi niyə dövlət və ya mən tikməliyəm? Bunu erməni dağıdıb və gəlsin evimizi də tikib təhvil versin. Abdal-Gülablının üst tərəfində olan evlər cah-cəlal içindədir. Nəyə görə? Çünki hamısı bizim daşlardı, mebellərdi, var-dövlətimizdi, yastığın altına qoyduğumuz pullardı. İndi o hansı ədalətdir ki, otuz il səni yerindən, yurdundan qaçaq salan erməni kəndləri zər-ziba içində yaşayacaqlar, biz də gəlib evimizi tikməyi fikirləşəcəyik. Arif Babayev niyə özünə ev tikməlidir? Onun evini Ermənistan dağıdıb və o da tikməlidir. Biz də onlardan həmin kompensasiyanı tələb edib almalıyıq. Əgər verə bilməyəcəksə, qoy ömrü boyu bizə borclu olsun, 500 illik borca imza atsın. Necə olur ki, Almaniya bu günə qədər dağıtdığı ölkələrə kompensasiya ödəyir, amma Ermənistan yox.
İndi də Ermənistanda rəhbərliyin kimin olmasından asılı olmayaraq bu kompensasiyanı ödəməlidirlər. Yəni indiki hakimiyyət bunu bizdən əvvəlki siyasətçilər edib deyərək yaxasını kənara çəkə bilməz. Bu qətliamı Ermənistan törədib və buna görə də cavab verməlidirlər. Əgər dünyada bir damcı ədalət varsa, (inanıram ki, yoxdur) onlar Ağdamın, Qubadlının, Füzulinin indiki görüntülərini izləsinlər və görsünlər ki, burda nə baş verib. Oranı hansı hala gətiriblər. Ona görə də bizə bu zərər ödənməlidir. Biz gedib ev tikməli deyilik, ermənistan bunun pulunu verməlidir. Mənim tələbim budur”.
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.