Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2536
24.03.2021, 21:07
Rusiyanın “Kommersant” qəzeti 44 günlük müharibənin bitməsindən təxminən 1 ay sonra ərazilərimizdə cinayət törətmiş və Ordumuz tərəfindən ələ keçirilmiş erməni hərbçilərinin gələcək taleyi barədə məqalə dərc edib.
“AzPolitika.info” xəbər verir ki, Rusiya nəşri Azərbaycan tərəfinin erməni diversantlarını qaytarmaq fikrində olmadığını və onlara ölkə qanunlarının tələblərinə uyğun cəza veriləcəyini bəyan etdiyini xatırladır.
![]()
Sözügedən 3 şərtlə bağlı deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğu bilinməsə də, “Kommersant”-ın istinad etdiyi Siranuş Saakyan bu məlumatları bir neçə mötəbər mənbədən aldığını deyib. Məlumatın dəqiq olduğuna şübhə etmədiyini bildirən Saakyan həm də “əvvəl hazırlanmış bir neçə sənəd layihəsi” ilə tanış olduğu üçün qeyd olunan şərtlərin irəli sürüldüyünü təsdiqləyə biləcəyini vurğulayıb, lakin söhbətin hansı sənədlərdən getdiyini söyləməyib.
Qəzet Azərbaycan XİN-ə bu məsələ ilə bağlı sorğu göndərildiyini qeyd edir. Və bildirir ki, qurum “RİA-Novosti”-nın sorğusuna cavab olaraq, sözügedən şəxslərin hərbi əsir hesab edilmədiyini və onların qanun qarşısında cavab verəcəyini açıqlayıb

Bununla yanaşı, sözügedən 3 şərtlə bağlı təhlil aparan “Kommersant” yazır ki, əslində, onsuz da 10 noyabr razılaşmasında Ermənistan hərbi birləşmələrinin Rusiya sülhməramlılarının bölgəyə gəlişinə paralel olaraq, Qarbağdan çıxarılmasına dair müddəa var.
Qəzet bildirir ki, martın 23-də Rusiya və Ermənistan Müdafiə nazirləri arasında baş tutan telefon danışığında da bu məsələnin müzakirə olunduğu ehtimalı yüksəkdir.
Həmçinin qeyd olunur ki, Ermənistan hakimiyyətinin və qondarma qurumun bir çox nümayəndələri artıq Ermənistanda orduya çağırılan şəxslərin bundan sonra Qarabağa göndərilməyəcəyini təsdiqləyiblər.
Qəzet onu da xatırladır ki, martın 19-da qondarma rejimin “Müdafiə Nazirliyinin” sabiq sözçüsü Senor Asratyan artıq Ermənistan silahlı qüvvələrinin hissələrinin Qarabağ ərazisindən çıxarılmasına başlanıldığını bildirib.

Əlavə olaraq, o da qeyd olunmalıdır ki, 10 noyabr sazişində regiondakı kommunikasiyaların açılmasına dair müddəa var və Şuşaya gedən Qırmızı Bazar yolunun açılması tələbi də bu müddəaya uyğundur. Kərki isə Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğu üçün əsl sahibinə qayıtmalıdır.
Xatırladaq ki, Azərbaycan tərəfi haqlı olaraq sözügedən erməni hərbçilərini Azərbaycan ərazisində terror, diversiya əməli törətmiş şəxslər qismində istintaqa cəlb edib.
Yuxarıda qeyd edilən şərtlərsə zatən həm 10 noyabr sazişində nəzərdə tutulur, həm də söhbətin Azərbaycanın suveren ərazilərindən getdiyi nəzərə alınmaqla bu şərtlər ölkə qanunlarına uyğun olaraq, onsuz da yerinə yetirilməlidir.
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.