EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1405
18.02.2021, 21:45
Naxçıvan Muxtar Respublikasında Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.
Oxu24.com xəbər verir ki, açılışda NMR Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Bildirilib ki, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq var ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.
Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.
Təqdimatdan sonra V. Talıbov, oğlu Seymur Talıbov və NMR-nın digər rəsmi şəxsləri kanatda gəziblər.




23:58 / 13 Noyabr 2026
4
23:49 / 13 Noyabr 2026
27
23:40 / 13 Noyabr 2026
49
23:28 / 13 Noyabr 2026
56
23:22 / 13 Noyabr 2026
67
23:17 / 13 Noyabr 2026
68
23:09 / 13 Noyabr 2026
75
23:05 / 13 Noyabr 2026
71
23:02 / 13 Noyabr 2026
75
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
84
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
93
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
521
21:43 / 13 Noyabr 2026
890
21:36 / 13 Noyabr 2026
99
21:29 / 13 Noyabr 2026
128
21:24 / 13 Noyabr 2026
244
21:03 / 13 Noyabr 2026
110
20:58 / 13 Noyabr 2026
123
20:50 / 13 Noyabr 2026
1185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.