Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48790
az

SON DƏQİQƏ! Mübariz Mənsimovun həbsxanadan yazdığı məktub yayıldı

17:5918 Fevral, 2021
2457
CƏMİYYƏT
  • A

FETÖ ittihamı ilə hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus 12 gəmidə çalışan 150-ə yaxın işçiyə ödənilməli əməkhaqqı borcunun həcmi 3,2 milyon dolları ötüb.

Türkiyə mətbuatı xəbər verir ki,  “Palmali Holdinq”in gəmilərində qalan dənizçilər aclıq aksiyasına başlayıblar. Onlar aylardır ödənilməyən  maaşlarını və evlərinə qayıtmalarına icazə verilməsini tələb edirlər. Dənizçilər bildiriblər ki,  Aralıq dənizinin limanlarında aylardır tərk edilmiş 12 gəmidə kifayət qədər qida və su ehtiyatı da yoxdur. Amma şirkət onları deyil, gəmilərin taleyini düşünür.

Bloomberg-in hesabatına görə, ötən ilin mayından Beyrut limanında atılıb qalmış və borc görə limanı tərk edə bilməyən dənizçilərə 9 günlük aclıq aksiyasından sonra əməkhaqqı borcunun 40 faizindən azı- 114 min dollar ödənilib və onlar evlərinə qayıdıblar.

“Kapitan Nağdəliyev” tankerinin 44 yaşlı kapitanı Samiq Nəbiyev bildirib ki, anası xərçəng xəstəsidir və buna görə Azərbaycana geri dönmək məcburiyyətindədir. Nəbiyev və heyət üzvü şirkətin yerinə təzminat ödəmək istəyən sığorta şirkətinin təkliflərini qəbul edib.

““Kapitan Nağdəliyev” tankeri ötən ilin mayından Beyrut limanındadır, amma şirkət işçilərini düşünmür”,-kapitan  Nəbiyev deyib.

Qeyd edilib ki,  ötən ilin noyabrında gəmi heyətinin 8-nin evlərinə geri dönməsinə icazə verilib, lakin kapitan Nəbiyev və 3 işçiyə gəmini tərk etməyə icazə verilməyib.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da hesabatında Aralıq dənizində tərk edilmiş gəmilərdə çalışan işçilərə 3,2 milyon dollar maaş borcunun yarandığını açıqlayıb. Lakin “Palmali Holdinq”in təmsilçiləri gəmidə qalan dənizçilərin vəziyyəti ilə bağlı federasiya ilə danışmaqdan imtina ediblər.

Federasiya gəmidə qalan dənizçilərə humanitar yardımlar edib, bununla yanaşı, şirkətin, liman rəhbərliklərinin və gəmilərin qeydiyyata alındığı ölkə olan Malta səlahiyyətliləri ilə maaşların ödənilməsi və dənizçilərə evlərinə qayıtmağa icazə verilməsi üçün danışıqlara da başlanılıb.

Federasiyanın ərəb ölkələri və İran üzrə regional koordinatoru Məhəmməd Arrachedi bildirib ki, gəmiçilər evlərinə dönmək üçün aclıq aksiyasına başlayıblar, yeməkləri və suları bitmək üzrədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bitki saçlarınızı daha uzun və daha sağlam edəcək

Ərdoğan deputatı məhkəməyə verdi
Qaz olmayacaq


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO