EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3739
17.02.2021, 12:31
Yaponiya hökuməti Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmadan nəticələnən humanitar böhranla bağlı Azərbaycana 1,2 milyon dollar məbləğində təcili qrant ayrılmasına qərar verib.
Yaponiyanın Azərbaycandakı səfirliyindən Oxu24.com-a verilən xəbərə görə, bu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən beynəlxalq cəmiyyətə ünvanlanmış yardım müraciətinə əsaslanaraq, zərərçəkmiş və evakuasiya məkanlarının bərpası, tibb sahəsinə dəstək, yardım ləvazimatlarının təqdim olunması kimi yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qrant yardımıdır.
Bu qrantda nəzərdə tutulmuş yardımlar aşağıda detallı şəkildə qeyd olunub.
Bir qabaqcıl xəstəxanaya tibbi avadanlıqlarla bağlı yardım;
Təxmini 500 nəfərə təhlükəsiz su mənbələrinə çıxışın təmin olunması;
Təxmini 6400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqlal mübarizə aparmaq üçün yardım ləvazimatlarının təmin olunması;
Təxmini 8000 nəfər üçün qida yardımını həyata keçirilməsi;
“Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlamış, indiyədək təxmini 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirmişdir. Bundan sonra da, Azərbaycana yardımı davam etdirmək niyyətindəyik”, - deyə qeyd olunub.
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.