Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada aylar sonra İLK YAŞANDI

Moskvada aylar sonra İLK YAŞANDI

CƏMİYYƏT

1530

14.02.2021, 21:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan 58 nəfər dünyasını dəyişib. Bu, noyabrın 1-dən etibarən qeydə alınan ən minimal göstəricidir.
"Oxu24.com" qafqazinfo-ya istinadən xəbər verir ki, son sutka ərzində Moskvada koronavirusa 1 559 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə paytaxtda 956 178 nəfər koronavirusa yoluxub.

Son 24 saatda 2 089 pasiyent, ümumilikdə isə 869 869 nəfər sağalıb. Hazırda paytaxtda 71 961 nəfər müalicə olunmaqdadır.

Bütövlükdə Rusiyada indiyədək 4 071 883 nəfər koronavirusa yoluxub, 80 126 nəfər bu virusun qurbanı olub.