Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4541
12.02.2021, 23:22
Vitse-spiker: “Xüsusi nümayəndəlik institutu özünü doğrultsa, digər ərazilərdə də tətbiq olunacaq”
“Nisbətən gözdən düşmüş icra hakimiyyəti institutunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndəliyi institutu ilə əvəz etməliyik”.
Milli Məclisdə Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa belə deyib.
O təklif edib ki, burada toqquşan səlahiyyətlər məsələsi də olduğu üçün xüsusi nümayəndə təyin edilən yerlərdə yerli icra hakimiyyəti orqanları ləğv olunmalıdır:

Bu bölgələrdə “Smart şəhər”, “Smart kənd” layihələrindən əvvəl “Smart insan” layihəsini həyata keçirməliyik. Bu ərazilərə xarizmatik insanları təyin etməliyik. Kadr bankının yaranmasına ehtiyac var. Qarabağa könüllü insanları göndərməliyik. Şıxlar kəndindən 150 ailə Qarabağın bir kəndində yerləşməyə hazır olduğunu bəyan etdi. Biz istiqaməti bu cür qurmalıyıq. Polisin, sərhəd qoşunlarımızın əməkdaşları ən ağır, çətin şərtlərdə fəaliyyət göstərirlər”.
Deputat qeyd edib ki, xüsusi nümayəndəliyin işi elə qurulmalıdır ki, yerlərdə olan qurumlarla anlaşmazlıq yaranmasın”.
Əli Hüseynli: “Xüsusi nümayəndəlik institutu özünü doğrultsa, digər ərazilərdə də tətbiq olunacaq”
Deputat Sabir Rüstəmxanlı da xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmənin necə olacağı barədə sual verib.
Milli Məclisin I vitse-spiker Əli Hüseynli bildirib ki, bu institut sadəcə işğaldan azad edilmiş ərazilərdə yaradılır: “Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir. “Xüsusi nümayəndələr haqqında Əsasnamə” ilə “Yerli icra orqanları haqqında Əsasnamə” ciddi şəkildə araşdırılıb. Yeni yaradılan idarəetmə üsulu özünü doğrultsa və effektiv olsa, digər ərazilərdə də tətbiq olunacaq. Amma hələlik hər hansı vəzifənin üst-üstə düşməsi mümkün deyil”.
Qüdrət Həsənquliyev: “Gələcəkdə icra hakimiyyətləri ləğv olunmal, səlahiyyətləri bələdiyyələrə verilməlidir”
Deputat Qüdrət Həsənquliyev deyib ki, xüsusi nümayəndələr institutu idarəetmədə çevikliyin təmin olunması üçün yaradılır:

“Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər. Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.
Xüsusi nümayəndələr dövlət qulluqçusu statusunda olacaq
Yanvarın 19-da Prezidentin fərmanı ilə “prezidentin xüsusi nümayəndələri” təsis edilib. Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən qanunda inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilir və bu bölməyə yeni vəzifələr əlavə edilir.
Layihəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.