Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48504
az

Kəmaləddin Heydərovun həyat yoldaşı tenderi uddu - Dövlət qurumu ona 97 min manat ödəyəcək

23:2810 Fevral, 2021
2693
CƏMİYYƏT
  • A

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Bu barədə elektron satınalmalar portalına istinadən xəbər verir.

Mərkəz ofis yerinin icarəsi üçün tender elan edib və açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 97 min 680 manat ödəyəcək.
Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Onu da bildirək ki, 2020-ci ilin yay ayında BBMM-nin elan etdiyi ofis yerinin icarəsi üçün də qalib Heydərova Ruhəngiz Muxtar qızı olmuşdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş müəllim vəfat etdi -FOTO
Azərbaycanda vəzifəli şəxslər həbs edildi

Əhaliyə mühüm XƏBƏRDARLIQ


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO