Qaynar xətt:

(+99450) 247 90 86

Rəşad Nəbiyevdən daha bir təyinat (FOTO)

Rəşad Nəbiyevdən daha bir təyinat (FOTO)

CƏMİYYƏT

1686

09.02.2021, 19:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) yeni təyinat olub.

Oxu24.com-un Report-a istinadən məlumatına görə, nazir Rəşad Nəbiyevin əmri ilə Asif İsmayılov qurumun aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, A.İsmayılov Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri olub.

NRYTN-in aparat rəhbərinin müavini Zamin Nurəhmədov ötən həftə vəzifəsindən azad edilib.

Bundan əlavə, nazirin əmri ilə Nazirliyin maliyyə və hesabatlıq şöbəsinin müdiri Gülru Hüseynova tutduğu vəzifədən uzaqlaşdırılıb.