Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3463
08.02.2021, 23:38
Övladlığa götürmə barədə ərizəyə əlavə olunmalı sənədlərin sayı artırılıb.
Oxu24.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti də bu sənədlərə əlavə olunub.
Həmçinin işin məhkəmədə baxılmağa hazırlanması qaydasına da müvafiq dəyişiklik təklif edilir. Məhkəməyə təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyinə əlavə olunan sənədlərə də dəyişiklik olunur.
Valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa götürülməsinə dair həmin uşağın yerləşdiyi müəssisənin rəhbərinin rəyi və ya uşağın tərbiyə olunduğu himayədar ailənin yazılı ifadə olunmuş fikri də məhkəməyə təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyinə əlavə olunacaq.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalanıb.
Fərmana uyğun olaraq Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib, bu sahədə xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə elektron informasiya sistemi yaradılıb.
Təklif olunan dəyişiklik övladlığa götürmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.