Qaynar xətt:

(+99450) 247 90 86

Sabah qar yağacaq – XƏBƏRDARLIQ

Sabah qar yağacaq – XƏBƏRDARLIQ

CƏMİYYƏT

1652

07.02.2021, 23:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Oxu24.com Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə bildirir ki,  şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-10, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Fevralın 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.