Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48289
az

Yüksək təzyiqi endirmək üçün bu idman hərəkətləri tövsiyə olunur

22:5606 Fevral, 2021
3108
  • A

Alimlər qan təzyiqini aşağı salmaq üçün hansi idman hərəkətləri etmək lazım olduğunu açıqlayıblar.

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, əzələ gərilməsinin qan təzyiqini salmaq üçün ən təsirli bir yol olduğu sübut edilib. Kanadalı alimlərin "Journal of Physical Activity and Health" jurnalında dərc etdikləri tədqiqatın nəticəsinə görə gərilmə hərətləri yeriməkdən daha effektivdir. Eyni zamanda, tədqiqat müəlliflərinin də vurğuladığı kimi hipertanoniyalı insanlara gəzmək, velosiped və xizək sürmək də tövsiyə olunur. Çünki bu fəaliyyətlər yağ yandırmağı təşviq edir, xolesterol və qan şəkərini azaldır.

Evdə gərilmə hərəkətləri etməyin daha rahat olduğu bildirilib, bu, çox vaxt tələb etmir, hava şəraitinə uyğunlaşdırılmasına ehtiyac yoxdur, hətta filmə baxarkən də etmək olar.

"Bir əzələ dartındıqda, böyük damarlar da daxil olmaqla əzələləri qidalandıran bütün damarlar dartınır. Damarların sərtliyini azaltsanız, qan axınına qarşı müqavimət azalacaq, bu isə qan təzyiqinin artmayacağı anlamına gəlir", - deyə Saskaçevan Universitetinin mütəxəssisləri izah ediblər.

Qeyd edək ki, bi qədər əvvəl alimlər sol və sağ qolda qan təzyiqini ölçəndə hər qolda fərqli nəticənin yüksək insult, infarkt və bununla erkən ölüm riskini artıra biləcəyi bildirilmişdilər. Qeyd olunub ki, bu fərq 10 millimetrdən çox olmamalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağstafadan ÜZÜCÜ XƏBƏR: 43 nəfər xəstəxanaya yerləşdirildi -YENİLƏNDİ
Vatsapda yayılan səsyazısı ilə bağlı - Rəsmi açıqlama
Uroloq kişi sağlamlığı üçün ən faydalı məhsulları açıqladı

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Moskvada nə baş verib? (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı