Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1533
05.02.2021, 17:51
“Dünən Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iştirakı ilə onlayn şəkildə böyük bir konfrans baş tutdu. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə bütün suallar ünvanlandı və cavabların əksəriyyəti bizi qane etdi. Təbii ki, bizim yumşalma ilə əlaqədar narahat olduğumuz məsələr var”.
Bu sözləri Oxu24.com-a millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, ticarət mərkəzləri və “mall”ların açılması başa düşüləndir: "Şagird və tələbələrə təhsil ocaqlarına getməyə icazə verilirsə, onlara geyim və müəyyən ləvazimatlar almaq lazımdır. Ticarət mərkəzləri açılmalıdır ki, zəruri olan ləvazimatlar alına bilsin.
Amma digər ölkələrə baxsaq, görərik ki, vəziyyət daha da ağırlaşır. Yoluxma dalğası artır və bu istiqamətdə tədbirlər görülür. Təyyarə uçuşları dayandırılır və karantinin sərtləşdirmə tədbirləri görülür.
Azərbaycanda əgər Operativ Qərargah mövcud qərarları verirsə, bunu alqışlamaq lazımdır. İnsanlarımız anlamalıdır ki, xəstəlik hələ qurtarmayıb. Sabah əgər qərar verilsə ki, “mall”lar və ticarət obyektləri açılsın, maskalardan, dezinfeksiya məhlullarından istifadə edilməli və ara məsafəsi saxlanılmalıdır. Əgər buna əməl olunmazsa, vəziyyət yenidən ağırlaşa bilər".

Deputat qeyd edib ki, həmişə ticarət obyektlərinin açılmasını təqdir edib: "Burada insanların işlə təmin olunması da var. Dövlət axı hər dəfə sahibkarları məvaciblə təmin edə bilməz. Bu səbəbdən ticarət mərkəzlərinin işləməsi olduqca vacibdir. Bu məsələyə Operativ Qərargah tərəfindən baxılacaq, müəyyən qərarlar veriləcək. Fikrimcə, “Binə” və “Sədərək” ticarət mərkəzləri, “mall”larla bağlı məsələ öz həllini tapacaq.
Bu məsələnin nə vaxt həll olunacağı ilə bağlı deyə bilərəm ki, fevralın 15-dən sonra bu baş verə bilər. Bunun üçün Operativ Qərargahın qərarını açıqlaması şərtdir.
Azərbaycan ən öndə gedən ölkələrdən biridir ki, koronavirusdan çox yüksək səviyyədə çıxdı. Başqa ölkələrdəki yoluxma və ölüm sayına baxsaq, bunun şahidi olarıq. Ölkəmizə ən müasir avadanlıqlar gətirildi, modul tipli xəstəxanalar inşa olundu. Yoluxan insanların sağalması üçün bütün şərait yaradılıb".
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.