Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3500
03.02.2021, 22:49
Qızımın ölümündə əli olan şəxslər hələ də azadlıqdadır.
Oxu24.com bildirir ki, bunu Trend-ə Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev deyib.
O bildirib ki, qızının qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanov həbsdə olsa da, ona bu işdə kömək edənlər məsuliyyətə cəlb edilməyib: "Nərmini İlkin tək öldürməyib. Nərmin qətlə yetiriləndən 7 gün sonra Tovuz rayon polis şöbəsinin əməkdaşı, İlkin Süleymanovun doğma əmisi oğlu Murad Süleymanov işdən çıxarıldı, amma həbs olunmadı. Bu işdə Murad Süleymanovun, onun atası Süleyman Süleymanovun, İlkinin bacısı İlhamə Süleymanova, əmisi oğlanları Pərviz Süleymanov, Adil Süleymanov və digər şəxslərin əli var. Həmin şəxslər hamısı məsuliyyətə cəlb olunmalıdır. Murad Süleymanov polis orqanlarından xaric edildi, bəs niyə məsuliyyətə cəlb edilmir. Bu işdən onların da xəbəri var".
Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti ötən il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.