Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycan elminə ağır itki baş verdi: Onu da itirdik

SON DƏQİQƏ! Azərbaycan elminə ağır itki baş verdi: Onu da itirdik

CƏMİYYƏT

7217

03.02.2021, 23:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərhum jurnalist Natiq Qocamanın atası, fizika-riyaziyyat elmləri üzrə professor Vəli Qocayev vəfat edib.

Oxu24.com  xəbər verir ki, dünən vəfat edən professor bu gün dəfn olunub.

Qeyd edək ki, Vəli Qocayev 50 il Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri üzrə bir sıra kitabların müəllifidir.

Xatırladaq ki, Vəli Qocayevin oğlu – tanınmış jurnalist, "Tərəqqi" medalı mükafatçısı Natiq Qocaman 2019-cu ilin fevral ayında 46 yaşında qəfil həyatını itirib. Bir neçə gün bundan öncə isə qızı - oftalmoloq Rəna Məmmədova 59 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin!