Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 62 mindən çox tibb işçisi peyvənd olundu

Azərbaycanda 62 mindən çox tibb işçisi peyvənd olundu

CƏMİYYƏT

2396

03.02.2021, 19:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir. Fevralın 2-nə olan məlumata əsasən ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub.

Oxu24.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

Birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək. Daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.