Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Sənəd imzalandı: Azərbaycana uçuş başlayır

SON DƏQİQƏ! Sənəd imzalandı: Azərbaycana uçuş başlayır

CƏMİYYƏT

3982

03.02.2021, 16:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.

Oxu24.com -un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

"15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) və Ermənistanla (Moskva – İrəvan, həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib", - açıqlamada deyilir.

Bundan başqa, fevralın 8-dən etibarən Moskva-Bişkek marşrutu üzrə müntəzəm uçuşların sayı qarşılıqlı olaraq həftədə bir dəfədən üç dəfəyə artırılıb.