Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6082
02.02.2021, 00:52
Qoç - bu gün yaranan perspektivi dəyərləndirməyə çalışın. Hadisələr gərginləşir, harmoniya və sakitlik məcrası pozulur. Siz sakitlik istəsəniz də, belə olmayacaq. Lakin bir addım da geri çəkilməyin, irəliləyin. Məqsədinizə çatmaq üçün gərəkli bildiyiniz hər şeyi edin.
Şəxsi münasibətlərdə emosiyalar həddini aşa bilər, çünki demək istəmədiyiniz həqiqəti söyləyəcək və maskaları yırtmağa can atacaqsınız.
Buğa - gərgin gündür. Qayğı və öhdəliklərin sayı artacaq. Prinsipial məsələnin həllinin nəzərdə tutulduğu danışıq və ya müzakirə üçün əlverişli gün deyil.
Əkizlər - gərgin, hadisələr və emosiyalarla dolu gündür. Yaşanan hadisələr nəyin düzəlişə, təkamülə ehtiyac duyduğunu aşkar göstərəcək. Emosiyaları nəzarət altında saxlayın.
Situasiyaları münaqişəyə çevirməyin, baş verənləri drammatikləşdirməyin.
Günün ikinci yarısı çoxdan bəri tamamlamağı düşündüyünüz işi bitirmək üçün əlverişlidir. Uğur zəhmətkeşlik, qətiyyət və inadınızdan asılıdır. Hadisələri tələsdirməyin.
Lakin şərtlərin sizə verdiyi işarələrə diqqətli olun.
Stressi fiziki işlə azaldın. Başınız işə qarışdığı halda etibar etdiyiniz adam sizə qarşı məkr qurur.
Axşam saatlarında harasa tələsməyin, yaşananları sakit şəraitdə təhlil edin.
Xərçəng - bütün yarımçıq işlər, yerinə yetiriləsi öhdəliklər, vədlərin bu gün ön plana çıxacağına, onların başa çatdırılmasına ehtiyac duyulacağına hazır olun.
Əvvəllər başlamağa çətinlik çəkdiyiniz işə start vermək üçün əlverişli gündür. Təmir və ya inşaat işlərində maneələr yarana bilər. Layihənizi və ya məramınızı möhkəmlətmək istəyirsinizsə, alınan xəbərə yenidən baxmaq gərəkdir.
Şəxsi münasibətlərdə aktivlik, müzakirə və təhlillərin fəallığı, bəzi məqamlara aydınlıq gətirilməsinə ehtiyac duyulur. İzafi təzyiq olmadan təşəbbüsü əldə saxlayın.Yaxın ətrafınızdakı insanların fikir və mövqeləri ilə hesablaşın.
Şir - bu gün aktiv, enerjili olacaq, mühüm məsələlərdən birini həll etməyə çalışacaqsınız. Lakin aldığınız xəbər, qəfil görüş və ya danışıq planlarınızı, habelə önəmli məsələyə münasibətinizi dəyişə bilər. Bütün xəbərlərə və deyilənlərə qulaq asın.
Sizinlə əməkdaşlıqda maraqlı olan şəxslərdən birindən təklif alına bilər. Təklif irreal və ya qeyri-praktik təsir bağışlasa da, düşünün.
İşdə hərəkətlərinizə reaksiyaya fikir verin.
Axşam saatlarında valideynlərlə ünsiyyət üçün vaxt tapın.
Aktiv istirahət edin.
Qız - bu gün rutin, məcburi işləri yerinə yetirmək bir qədər çətinləşəcək. Effektivlik səviyyəsi aşağı düşə bilər. Lakin çağırış, meydan oxuma cəhdləri ilə qarşılaşan kimi yaradıcı potensialınızı işə salın, rəqibi üstələyin, bədxahlar üçün sevinc imkanı verməyin.
Kollektiv iş üçün yaxşı gündür.
Şəxsi münasibətlərdə təşəbbüs barədə fikirləşməyin, planlara ciddi dəyişikliklər etməyin. Siz və sevdiyiniz insan eyni hadisəyə, eyni nəsnəyə fərqli önəm verə bilərsiniz. Nəticələrlə tələsməyin, düşünülməmiş qərar verməyin
Tərəzi - gün ərzində təmkinli və soyuqqanlı olun, planlarınıza riayət edin. Çox səs-küy və tələskənlik olacaq. İnformasiya və iş mübadiləsi ilə bağlı məsələləri təxirə salın. Kollektivdə rəqabət güclənəcək.Mühüm informasiya və planınızı kimsə ilə bölüşməməyə çalışın.
Nəzərdə tutduğunuz yenilikliklərdə dostlar mühüm rol oynayır.Axşam saatlarında yaşam tempini bir qədər aşağı salın, yaxın insanlarla münaqişə vəziyyəti yaratmayın. Emosiyalarınıza hakim olun.
Əqrəb - günün ilk yarısında başladığınız işi hissiyatınıza inanaraq yarımçıq saxlamayın. Tələsməyin, həmsöhbətinizə fikrini söyləməyə imkan verin, ətrafda baş verənləri diqqətlə müşahidə edin.Yaşananların məğzi və məzmunu sizə əyan ola bilər. Görüş, danışıqlar, yazışma, müzakirələr üçün əlverişli gündür. Qüvvə və enerjinizin artmasını hiss etsəniz, yaranan yeni imkandan faydalanmağa tələsin.Rəqabət qızışa bilər. Mövqenizin səbatlı olması üçün lazımi informasiyanı arayın.Axşam saatlarında görüş istisna deyil. Lakin planlaşdırdığınız işlə məşğul olun.
Oxatan - sizi çox iş gözləyir. İndi hətta axınla üzmək belə, ciddi səylər tələb edir. Yeniliklərlə xəbərlərə tez reakisya verin, diqqəti daha mühüm məsələlərə yönəltməyi bacarın.Yaxın ətrafınızdakı insanlar daha tələbkar olurlar. Onların diqqəti və gözləntiləri sizi bir qədər usandıra bilər.
Yeniliklər, macəralar, maraqlar, təəssüratlar və sizi dəstəkləyən insanların gözləntisindəsiniz.Ola bilər ki, kimsə sizə olan şəxsi rəğbət və ya sayğısına görə kömək etsin, gələcəkdə uğur vəd edən mövzunu qaytarsın.
Oğlaq - arxa planda qalsanız, yaxşı olardı. Yardın edin, qayğıkeş olun, eqoizminizi üstələyin və sizə yaxın olan insan barədə düşünməyə çalışın.
İşdə rəhbərlik, evdə valideynlərin iradlarını sakit dinləyin. Son xəbərlər, təkliflər və ideyaları dəyərləndirin.Yeniliklər və islahatlara tələsməyə dəyməz. Bir qədər əvvəl başladığınız işlərin xırdalıq və incəliklərinə fikir verərək rutin işlər görün.Fiziki təmrinlər izafi gərginlikdən qurtulmağa yardım edər.Axşam saatlarında sakit, rahat bir ortamda xoş ünsiyyətdə olun.
Dolça - bu gün ciddi dəyişikliklər yaşana bilər. Xüsusilə də iş yoldaşı və ya tərəfdaşla münasibətlərdə gərginlik istisna deyil.Enerjiniz çoxdur, aktivsiniz, bəzi suallara cavab tapmısınız, ideyalarınız var. Fəqət sizinlə razı olmayan insanlar var. Rəqiblər isə sizə mümkün qədər ağır zərbə vurmağa çalışacaqlar.Qarşınıza qoyduğunuz məqsədə uyğun olaraq hərəkət edin. Detal, xırdalıq və təfərrüatları diqqətlə yoxlayın.Mühüm sahəni nəzarətsiz qoymayın.Ailə üzvləriniz və yaxınlarınıza diqqəti əsirgəməyin. Onların özlərini unudulumuş və gərəksiz hiss etmələrinə imkan verməyin.
Balıqlar - çətin və mürəkkəb gündür. Qeyri-müəyyənlik, istək və arzuların laübəli qarışığı yarana bilər. Ani maraqları unudun, perspektivləriniz barədə düşünün.Seçim çətinliyi yeni istiqamətdə hərəkətə başlamağınıza imkan verən mühüm addımı atmağa mane olmamalıdır.Çətin situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. Başqa mövzuya keçin, perspektiv dumanlı olsa da, güzəştə gedin. Vacib istiqamətdə qarşılıqlı əlaqə hələlik alınmır. Səhvləri aradan qaldırmağa vaxt var.Gərginliyi aradan qaldırın, kompromis arayın.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.