Qaynar xətt:

(+99450) 247 90 86

Koçaryan: Növbəti müharibə məsafədən idarə olunacaq, buna hazır olmalıyıq

Koçaryan: Növbəti müharibə məsafədən idarə olunacaq, buna hazır olmalıyıq

CƏMİYYƏT

398

01.02.2021, 11:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Elm ölkənin təhlükəsizlik sistemində iştirak etmirsə, müasir müharibələrdə uğur qazanmaq mümkün deyil. Son müharibə bunun əyani təsdiqidir”.

0xu24.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Parlament Komissiyasının sədri Andranik Koçaryan fevralın 1-də parlamentdə “Elm təhlükəsizlik və inkişafın əsasıdır” mövzusunda dinləmələrdə deyib.

Millət vəkili həm Yüksək Texnoloji Sənaye nazirinin, həm də Təhsil və Elm Nazirliyinin rəhbərinin çıxışlarında bir möcüzə gözlədiyini deyib: “Ancaq bir möcüzə istəyirəm və bunu gözləyəcəyəm. Söhbət reallaşdırıla bilinməyən möcüzələrdən deyil, bir zamanlar yaşadığımız və təəssüf ki, əldən verdiyimiz fürsətlərdən gedir. Müharibə zamanı Ermənistanda demək olar ki, hamı pilotsuz döyüş təyyarələrinə necə müqavimət göstərmək barədə düşünürdü. Hansı ki, bu məsələyə uzun müddət əvvəl, hərbi əməliyyatlar başlamazdan öncə düşünülməli idi”.