Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2106
29.01.2021, 23:15
"Cadu gücü ilə istənilən adamı öldürmək mümkündür. Deməli ölüm cadusu da var".
Bu sözləri məşhur ekstasens Aqil Məhərrəmov mətbuata müsahibəsində bildirib. "İnsanın enerji mənbəyini bağladığın an o çökür. Canavarın sağ arxa ayağının pəncəsi ilə ölüm cadusu edirlər. Düzdür, çoxları güləcək, amma inanmayan birinə desəm ki, gəl sənə o cadunu edim, qətiyyən razı olmaz. Ölüm cadusu insanı elə arıqladır ki, axırda bir dəri, bir sümük qalır. O qədər olur ki, həkimlərə gedib heç bir çarə tapmır, naçar qalıb, ekstrasensə üz tuturlar... Faydasını da görürlər, təbii ki, dələduz ekstrasensə rast gəlməsələr", - deyə o davam etmişdi.
Oxu24.com caduya inanan insanlar üçün cadudan xilas olmanın "Ekstrasenslərin döyüşü" yarışmasının qalibi, ekstrasens Viktoriya Raydos tərəfindən tövsiyə edilən üsullarını təqdim edir.
Birinci üsul.
Kiçik ölçülü (sənədlərdə olduğu kimi) bir şəklinizi götürün.
Sonra şəklin ölçüsündən bir qədər böyük, təmiz ağ vərəq götürərək, şəkli onun ortasına yapışdırın.
Yapışdırılmış şəkilli kağızı ürək ərazisində elə yerləşdirin ki, şəkildəki üz irəli baxsın. 3 gün ərzində siz yapışdırılmış şəkilli vərəqi daşımalısınız.
3 gün sonra adi nəlbəki götürərək, onun ortasında kibritlə şam yandırın və yapışdırılmış şəkilli vərəqin ətraflarını - şəkildən kənar ağ yerlərini dəqiq kəsin.
Bundan sonra şəkli qabaqcadan hazırlanmış tünd zərfə qoyaraq elə bir yerə qoymaq lazımdır ki, sizdən başqa heç kim tapmasın: məsələn, şkafda dərin bir yerə və ya rəfdə hansısa kitabın arasına və s.
Kəsilmiş kağız qırıqlarını isə çox ehtiyatla, külünü ətrafa dağıtmamaq şərtilə şamın alovunda yandırmaq lazımdır. Sonra isə külü aparıb vanna otağında suya buraxın.
Bu arada şam, sona qədər yanıb qurtarmalıdır.
İkinci üsul.
Otaqda, çarpayınızın yanında kaktuslu dibçəyə çiy yumurta qoyun. Yumurtanın üzərinə flomasterlə öz adınızı yazın. Yumurta dibçəyin içində 9 gün qalmalıdır. Bu vaxt ərzində o cadunun mənfi enerjisini canına çəkəcək. 9 gün sonra yumurtanı doğrayaraq, vanna otağında suya buraxın və bu sözləri deyin: "Yumurtanı atıram, özümdən bütün neqativ enerjini təmizləyirəm". Sonra kaktusa təşəkkür edin və onu sulayın.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.