Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1247
28.01.2021, 18:17
Xəbər verdiyimiz kimi Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacaq.
Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.
Bəs ənənəvi təhsil formasında bütün pillələr üzrə dərslər nə vaxt başlaya bilər?
Bu barədə Metbuat.az-a özəl açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda yoluxma sayında azalmalar var. Bu da bizi ümidləndiririk Novruz bayramından sonra aprel ayında təhsil bütün formalarında əyani şəkildə bərpa mümkün ola bilər.

“Ölkəmizdə hazırda vaksinasiya prosesi həyata keçirilir.Bu da virusun söndüyünə əsas verir. Düşünürəm ki, dərslərin ənənəvi formada apreldə başlaması daha məqsədəuyğun ola bilər”.
Avropada tüğyan edən Britaniya ştammının, və ÜST-ün koronavirusun üçüncü dalğası ilə bağlı xəbərdarlığı ənənəvi təhsilin başlanmasına maneə ola bilərmi?
“Ola bilər ki, Azərbaycana virusun yeni forması gəlsin. Amma hər halda vaksin bu məsələlərin həllində köməkçi olacaqdır. Düşünmürəm ki, üçüncü dalğaya görə təhsilin ənənəvi formada keçirilməsi gecikdirilsin.
Yaxşı olar ki, biz ənənəvi təhsilin bütün pillələr üzrə bərpa edək.Yoxsa itirən Azərbaycan təhsili, cəmiyyəti olacaqdır. Çünki ölkədə distant təhsil səviyyəsi heç də ürəkaçan vəziyyətdə deyil”.
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Metbuat.az-a bildirdi ki, yoluxma sayında yenidən ciddi artım olmazsa dərslərin martın 1-ə qədər tamamilə ənənəvi şəkildə bərpa edilə bilər.

“Qeyd edim ki, dərslərin mart aprel ayları ərzində bərpa olunmaq məsələsi fevralayı ərzində 2 həftəlik müddətdə yoluxmanın dinamikasından asılı olacaqdır”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu mövzuya aid açıqlamasında bildirdi ki, dərslərin mart-aprel aylarında başlaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

”İndidən heç nə demək olmaz. Bütün hallarda indiki anda heç bir əsası yoxdur. Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.
Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.