Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2227
27.01.2021, 22:22
Bir neçə gündür şəhid ailələri övladlarının, yaxınlarının Qaradağ rayonu ərazisində yol kənarında, suyun, palçığın içində dəfn edilməsinə etiraz edir. Onlar şəhidlərin İkinci Fəxri Xiyabanda dəfn edilməsini tələb edirlər.
Günlərdir fəryad edən ailələrin səsini isə aidiyyəti qurumlar ya eşitmir, ya da eşitmək istəmir...
Azərbaycan xalqı, dövləti hər zaman şahidinə və onun ailəsinə qiymət verib, onları uca tutub. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında 44 günlük qələbəni məhz müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə olunduğunu bildirib.
Lakin bəziləri övladı suyun, palçığın içində dəfn edildiyi üçün etiraz edən şahid ailələrini “təxribatçı qrup” kimi təqdim etməyə çalışırlar.
Ötən gün “Xəzər Xəbər”də yayımlanan sujetdə isə bəzi şəxslərin qəbir daşlarını sındırmaqda günahlandırılması ictimaiyyət tərəfindən sərt tənqid edilib.
Medianın əsas vəzifəsi hadisəni faktları dəqiq və qərəsiz şəkildə araşdırmaq olduğu halda, görünür televiziyanın əməkdaşları sözügedən sujeti araşdırma aparmadan hazırlayıblar.
Redaktor.az məsələnin daha detallı araşdırmaq, şəhid ailələrinin şikayətlərinin araşdırılıb-araşdırılmadığını öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bizə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçi Gülşən Hüseynova ilə əlaqə saxlamağımızı istədi. Həmin şəxslə əlaqə saxladıq. O da bizi İcra başçısının müavini Təravət Muradovaya yönləndirdi. Zəngimizə cavab verən xanım (bəlkə də elə Təravət Muradovanın özü – red.) məsələnin şəhidlərlə bağlı olduğunu öyrəndikdən sonra “Təravət xanım burada deyil, xahiş edirik 5 dəqiqə sonra əlaqə saxlayın” dedi.
Görünən odur ki, İcra Hakimiyyətinə şəhid ailələrinin vəziyyəti maraqlı deyil...
Məsələni diqqətdə saxlayacağıq.
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.