Qaynar xətt:

(+99450) 247 90 86

Müharibə yenidən başlaya bilər? - Ermənistan razılaşmalıdır, başqa yol yoxdur - FOTO

Müharibə yenidən başlaya bilər? - Ermənistan razılaşmalıdır, başqa yol yoxdur - FOTO

CƏMİYYƏT

1407

27.01.2021, 18:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"44 günlük Vətən müharibəsi nəticəsində qələbəmizdən sonra regionda tamamilə yeni geosiyasi vəziyyət yaranıb".

Bunu Oxu24.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, geosiyasət və konfliktologiya üzrə ekspert Kərəm Məmmədov deyib.

Ekspert bildirib ki, erməni tərəfi müharibənin acı nəticələrini hələ ki həzm edə bilmir:

"Bu yeni geosiyasi durumu formalaşdıran ən vacib amillərdən biri müharibədən sonrakı tənzimlənmə və əməkdaşlıqdır. Bu proseslərin içində də birinci ən uğurlu addım elə o kommunikasiya xətlərinin bərpası və yenidən təşkil olunmasıdır. Burada bütövlükdə həm Ermənistan Azərbaycan arasında kommunikasiyaların açılması, eyni zamanda regionun digər dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi ən vacib məsələlərdən idi ki, bu addımı biz atdıq.