Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! FHN dağıntılar altından meyit tapdı

SON DƏQIQƏ! FHN dağıntılar altından meyit tapdı

CƏMİYYƏT

3219

26.01.2021, 08:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.
APA-nın məlumatına görə, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyi də xilasetmə əməliyyatı ilə bağlı son məlumatı yayıb. Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. "Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək", - deyə FHN-in məlumatında qeyd olunub.