Qaynar xətt:

(+99450) 247 90 86

“BakuBus” bu holdinqin idarəetməsinə verildi - FƏRMAN

“BakuBus” bu holdinqin idarəetməsinə verildi - FƏRMAN

CƏMİYYƏT

2993

25.01.2021, 19:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanında dəyişiklik edilməsilə mümkün olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na dəyişiklik edilib.