Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4881
15.01.2021, 18:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan Sfera.az-a bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Binəqədi şosesində yerləşən, fiziki şəxs İmaməliyev Kənan Camal oğluna məxsus süd və süd məhsullarının istehsalı və emalı müəssisəsində yoxlama həyata keçirilib.
İlkin baxış zamanı müəssisədə ticarət şəbəkələrindən qaytarılan son istifadə tarixi bitmiş, istehlaka yararsız məhsulların təkrar emaldan keçirilərək satışa çıxarıldığı məlum olub.
Yoxlama zamanı polimer qablaşdırma materialların müşayiətedici sənədlərində birdəfəlik istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, adıçəkilən qabların təkrar yuyularaq istifadə edildiyi aşkar olunub.
Keçirilən baxış zamanı üzərində heç bir etiketlənmə aparılmayan 6680 kq süd məhsulu, həmçinin təkrar istifadə olunan 944 ədəd polimer qab və markalanma tələblərinə cavab verməyən 51,2 kq etiket aşkarlanıb.
Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
14:31 / 14 Noyabr 2026
41
14:24 / 14 Noyabr 2026
77
14:19 / 14 Noyabr 2026
66
14:15 / 14 Noyabr 2026
66
14:09 / 14 Noyabr 2026
151
13:50 / 14 Noyabr 2026
1111
13:48 / 14 Noyabr 2026
99
13:16 / 14 Noyabr 2026
96
13:03 / 14 Noyabr 2026
94
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
109
12:09 / 14 Noyabr 2026
123
11:58 / 14 Noyabr 2026
120
11:50 / 14 Noyabr 2026
103
11:39 / 14 Noyabr 2026
102
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
125
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
136
10:36 / 14 Noyabr 2026
133
10:17 / 14 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.