Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2700
15.01.2021, 17:10
Daxili İşlər Nazirliyi son günlər polis əməkdaşları karantin rejimini bəhanə edərək insanları kütləvi şəkildə cərimələməsi və heç kimə güzəşt etməməsi barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib. O deyib ki, belə iddiaların heç bir əsası yoxdur, kimlərinsə uydurmasıdır: "Vətəndaşlarımız da yaxşı bilirlər ki, koronavirus pandemiyası ilə əlaqədar bir ildir ki, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət göstərərək virusun yayılmasının qarşısını almaq, vətəndaşları bu yoluxucu xəstəliklərdən qorumaq məqsədilə gecə-gündüz nəzarət tədbirləri həyata keçirirlər. Əminliklə deyə bilərəm ki, vətəndaşların böyük əksəriyyəti karantin rejimindən irəli gələn tələb və qaydalara riayət edir. Bununla belə riayət etmək istəməyənlər də olur ki, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülür.
Burada məqsəd kimisə cərimələmək yox, yalnız və yalnız insanların sağlamlığını qorumaqdır. Kimsə karantin rejimi qaydasını pozursa, bu zaman təqsirkar polis deyil, məhz həmin şəxsin özüdür. Təsəvvür edin ki, polisin postlarda, küçədə nəzarət qaydasında yoxladığı insanların təxminən 93 faizi icazəli olur. Müvafiq icazəsi olmadan aşkarlanan 7 faizinin də cəmi 10-20 faizi barədə protokol tərtib edilir. Qalan 80-90 faizinə isə xəbərdarlıq edilərək yaşayış yerinə yola salınır.
Onu da bir daha diqqətə çatdırım ki, bu sahədə tətbiq edilən cərimələrdən yığılan vəsait tam olaraq virusa yoluxan vətəndaşların müalicəsinə xərclənir”.
14:31 / 14 Noyabr 2026
41
14:24 / 14 Noyabr 2026
77
14:19 / 14 Noyabr 2026
66
14:15 / 14 Noyabr 2026
66
14:09 / 14 Noyabr 2026
151
13:50 / 14 Noyabr 2026
1111
13:48 / 14 Noyabr 2026
99
13:16 / 14 Noyabr 2026
96
13:03 / 14 Noyabr 2026
94
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
109
12:09 / 14 Noyabr 2026
123
11:58 / 14 Noyabr 2026
120
11:50 / 14 Noyabr 2026
103
11:39 / 14 Noyabr 2026
102
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
125
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
136
10:36 / 14 Noyabr 2026
133
10:17 / 14 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.