Qaynar xətt:

(+99450) 247 90 86

Bakı "İnstagram" üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı \\\"İnstagram\\\" üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

CƏMİYYƏT

3059

14.01.2021, 22:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri "Instagram" sosial şəbəkəsində paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb.

Oxu24.com Trend-ə istinadən bildirir ki, siyahı "The Big 7 Travel" agentliyi tərəfindən tərtib edilib.

Qeyd olunub ki, Azərbaycanın paytaxtında şəklini çəkib "Instagram"da paylaşmaq üçün uyğun olan məkanların sayı həddən artıq çoxdur:

"Ultramüasir Heydər Əliyev Mərkəzindən tutmuş, 12-ci əsrə mənsub İçərişəhərədək Bakı "İnstagram" hesabınızda yerləşdirə biləcəyiniz məkanlarla zəngindir".

"The Big 7 Travel"in tərtib etdiyi siyahıda birinci yerdə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.